AZ

Ançelotti Fonsekanın “Milan”dan istefasını şərh etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti portuqal mütəxəssis Paulo Fonsekanın “Milan”ın baş məşqçisi vəzifəsindən istefasını şərh edib:

Arena.az “Milan News” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən hələ də işdən qovulmağın – məşqçi peşəsinin bir hissəsi olduğu qənaətindəyəm. Məni min dəfə işdən çıxarıblar. Komandada fəsadlar yarananda məsuliyyət bir nəfərin üzərinə düşür. Təəssüf ki, bu, belədir. Məşqçi öz işində xüsusilə çətin anlarda tənha insandır.

Portuqal mütəxəssisin işdən çıxarılmasının quruluşları haqqında fərziyyələr söyləmək olar, amma yekunda məşqçi işindən azad edilib və bu, onun üçün kədərli məqamdır. Fonseka bilir ki, müvafiq işlərlə məşğul olduqda bu, baş verə bilər. Deyirlər ki, bir qapını bağlayanda başqasını açırsan. Biz məşqçilər qovulanda kədərlənirik, amma bunun öhdəsindən də gəlirik”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, portuqal mütəxəssisi “rossoneri”nin sükanı arxasında həmvətəni Serjiu Konseysau əvəz edib.

Paulo Fonseka 2024-cü ilin iyul ayından “Milan”ı çalışdırırdı. “Milan”ın portuqal mütəxəssislə 3 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi vardı.

Fonseka “rossoneri”ni ümumilikdə 24 oyuna çıxarıb. “Milan” bu oyunlarda 12 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Məşqçilik fəaliyyəti ərzində Paulu Fonseka “Eştrela da Amadora”, “Aveş”, “Pasuş de Ferreyra”, “Portu”, “Braqa”, “Şaxtyor” (Donetsk), “Roma” və “Lill” komandalarını da çalışdırıb. Portuqal mütəxəssis sərt nizam-intizamı, yaradıcı yanaşması ilə diqqət çəkir.

Fonsekanın buraxdığı “Milan” 17 oyundan 27 xalla İtaliya A Seriyasının yarış cədvəlində 8-ci pillədə qərarlaşıb.

Seçilən
98
2
arena.az

3Mənbələr