AZ

Puerto Rikoda baş verən qəza səbəbindən ölkə zülmətə qərq olub

Bakı. Trend:

Puerto Rikoda baş verən qəza səbəbindən ölkənin bütün elektrikstansiyaları sıradan çıxıb, nəticədə ümumi elektrik kəsilməsiyaşanıb.

Trend xəbər verirki, bu hadisə bazar ertəsindən çərşənbə axşamına keçən gecə başverib.

Yerli "El Nuevo Día" qəzetinin məlumatına görə, qəza adanıncənubunda yerləşən Quayanilla bələdiyyəsindəki elektrikstansiyasında baş verib. Luma Energy şirkəti yeraltı kabellərinmümkün zədələnməsi barədə məlumat versə də, qəzanın dəqiq səbəblərihələlik açıqlanmayıb.

Enerji istehsal edən “Genera PR” şirkətinin nümayəndəsi İvanBeys bildirib ki, çərşənbə axşamı səhər saatlarından etibarən bəziərazilərdə enerji təchizatı bərpa olunmağa başlayıb. Lakin LumaEnergy prosesin tamamilə başa çatmasının bir neçə gün çəkəcəyinigözləyir.

Son məlumata görə, çərşənbə axşamı səhər saatlarında (Bakı vaxtıilə 17:25) Puerto-Rikoda 1,3 milyondan çox istehlakçı işıqsızqalıb. Adanın ümumi əhalisi isə 3,2 milyon nəfərdən bir qədərçoxdur.

Seçilən
56
50
az.trend.az

10Mənbələr