1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Puerto-Rikoda qəza nəticəsində ölkədəki bütün elektrik stansiyalarının sıradan çıxması səbəbindən ümumi elektrik kəsilməsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "El Nuevo Día" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, qəza adanın cənubundakı Quayanilya bələdiyyəsində yerləşən elektrik stansiyasında baş verib.
İnsident nəticəsində adanın 1,3 milyondan çox əhalisi işıqsız qalıb.
Xatırladaq ki, Puerto-Rikonun əhalisi 3,2 milyon nəfərdən çoxdur.