AZ

Puerto-Rikoda qəza səbəbindən bütün elektrik stansiyaları fəaliyyətini dayandırdı

Puerto-Rikoda yeraltı elektrik xəttindəki nasazlıq səbəbindən ölkənin bütün elektrik stansiyaları fəaliyyətini dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Məlumata görə, qəza adanın Quayanilla bələdiyyəsində elektrik stansiyasında baş verib. Puerto Rikonun elektrik şəbəkəsini idarə edən "Luma Energy" hadisənin yeraltı kabellərin zədələnməsi nəticəsində baş verdiyini ehtimal edir, ancaq dəqiq səbəb hələ müəyyən edilməyib.

Şirkətin nümayəndəsi səhər saatlarında enerji təchizatı qismən bərpa olunmağa başladığını deyib. O, qeyd edib ki, tam bərpa bir neçə gün çəkə bilər. Qəza nəticəsində1,3 milyondan çox istehlakçı işıqsız qalıb ki, bu da ölkə əhalisinin təxminən 40%-ni təşkil edir.



Müəllif: Arzu
Seçilən
79
50
teleqraf.com

10Mənbələr