AZ

Nyu-Orleanda sürücünün maşınını insanların üzərinə qəsdən sürməsi nəticəsində ölənlərin sayı 15-ə çatdı

ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı azı 15-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə “CBS News”a rəsmi şəxslər bildirib.

“Yeni il gecəsi Nyu-Orleanın Fransız məhəlləsindəki Burbon küçəsində bir kişi pikap avtomobilini qəsdən insan izdihamının üzərinə sürüb. Rəsmilərin bildirdiyinə görə, hadisə nəticəsində azı 15 nəfər həlak olub və onlarla insan xəsarət alıb”, – telekanal qeyd edib.

Xatırladaq ki, daha əvvəl hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi açıqlanmışdı. Bundan başqa, Federal Təhqiqat Bürosu hadisəni “terror aktı kimi təhqiq edəcəyini” elan etmişdi./report

Seçilən
67
50
konkret.az

10Mənbələr