AZ

Nyu-Orleanda sürücünün maşınını insanların üzərinə qəsdən sürməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb

ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı azı 15-ə çatıb.

 Tribunainfo.az xəbər verir ki, bu barədə “CBS News”a rəsmi şəxslər bildirib.

“Yeni il gecəsi Nyu-Orleanın Fransız məhəlləsindəki Burbon küçəsində bir kişi pikap avtomobilini qəsdən insan izdihamının üzərinə sürüb. Rəsmilərin bildirdiyinə görə, hadisə nəticəsində azı 15 nəfər həlak olub və onlarla insan xəsarət alıb”, – telekanal qeyd edib.

Xatırladaq ki, daha əvvəl hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi açıqlanmışdı. Bundan başqa, Federal Təhqiqat Bürosu hadisəni “terror aktı kimi təhqiq edəcəyini” elan etmişdi.

Seçilən
76
50
tribunainfo.az

10Mənbələr