Almaniyanın əsas müxalifət partiyası olan Xristian Demokratlar İttifaqının üzvü, deputat Roderix Kizevetter kansler Olaf Şotsun fevralın 23-də keçiriləcək parlament seçkisindən əvvəl Vladimir Putinlə görüşə hazırlaşdığına dair işarələr görür.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə deputat “X” sosial şəbəkəsində (Twitter) yazıb.
Müxalif alman siyasətçi qeyd edib ki, biz seçki kampaniyasında sürprizlərə hazır olmalıyıq.
O bildirib ki, Tramp və Putin arasında görüş artıq mart ayına planlaşdırılıb və hər kəs bu məsələ ilə bağlı öz nəticəsini çıxarsın.