İranın "İveco" şassisi əsasında yük maşınları kimi maskalanan və Rusiyaya göndərilmək üçün hazırlanan "Fəth-360" raket qurğuları və "Arman" taktiki raketdən müdafiə sistemlərinin yeni görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, fotoları "Azad İran" "Telegram" kanalı paylaşıb.
Məlumata görə, Rusiyaya bu sistemlərdən əlavə müəyyən optik-elektron sistem də veriləcək.