AZ

Qazaxıstanda  metapnevmovirus xəstəliyi yayıldı

Qazaxıstanda 1 oktyabr 2024-cü il tarixindən indiyədək 30 metapnevmovirus xəstəliyinə yoluxma halı müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

“Epidemiya mövsümünün başlamasından bəri respublika ərazisində 2 002 335 kəskin respirator virus infeksiyası və 941 laborator təsdiqlənmiş qrip hadisəsi baş verib. Sanitariya-Epidemioloji Nəzarət Komitəsindən verilən məlumata görə, epidemiya mövsümü başlayandan bütün respublika üzrə 8360 nümunə yoxlanılıb. Bunlardan 1866 (22%) nümunə müsbət olub, o cümlədən koronavirus - 206 (11,1%), paraqrip - 178 (9,5%), bokavirus - 113 (6,1%) və son olaraq metapnevmovirus - 30 (1,6%)”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Çinin Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi ölkədə insan metapnevmovirusu epidemiyasının qeydə alındığı barədə məlumat yaymışdı.

Seçilən
49
2
bakivaxti.az

10Mənbələr