AZ

Bu türk ölkəsində metapnevmovirus xəstəliyi yayıldı

Qazaxıstanda 1 oktyabr 2024-cü il tarixindən indiyədək 30 metapnevmovirus xəstəliyinə yoluxma halı müəyyən edilib.

7Times.az  xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

“Epidemiya mövsümünün başlamasından bəri respublika ərazisində 2 002 335 kəskin respirator virus infeksiyası və 941 laborator təsdiqlənmiş qrip hadisəsi baş verib. Sanitariya-Epidemioloji Nəzarət Komitəsindən verilən məlumata görə, epidemiya mövsümü başlayandan bütün respublika üzrə 8360 nümunə yoxlanılıb. Bunlardan 1866 (22%) nümunə müsbət olub, o cümlədən koronavirus – 206 (11,1%), paraqrip – 178 (9,5%), bokavirus – 113 (6,1%) və son olaraq metapnevmovirus – 30 (1,6%)”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Çinin Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi ölkədə insan metapnevmovirusu epidemiyasının qeydə alındığı barədə məlumat yaymışdı.

Axar.az

Seçilən
51
2
7times.az

10Mənbələr