AZ

Çində yeni təhlükəli virus yayıldı

Çində insan metapnevmovirusunun epidemiyası qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, Çinin Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi məlumat yayıb.

“Bu, dekabrın 23-dən dekabrın 29-dək ölkə üzrə xəstəxanalarda götürülən tənəffüs nümunələrinin analizinin nəticələridir. Nəticələr göstərir ki, kəskin respirator infeksiyalar, o cümlədən qrip, insan metapnevmovirusu və rinovirus Çin daxilində aktiv şəkildə yayılır”, - məlumatda qeyd olunub.

Bildirilib ki, 14 yaşa qədər uşaqlar arasında metapnevmovirusa yoluxma halları artır. Ölkənin şimal əyalətlərində yoluxma tendensiyasının yüksəlməsi daha aydın görünür.

Həkimlərin dediyinə görə, metapnevmovirus yuxarı və aşağı tənəffüs yollarının zədələnməsi ilə müşayiət olunur. Adətən burun axması, öskürək və qızdırma ilə kəskin respirator infeksiya şəklində baş verir./Axar.az


Telegram kanalımız
Seçilən
54
2
yenisabah.az

10Mənbələr