AZ

Elçin İbadov: "SOCAR Türkiyə" xam neftin emalını 13 milyon tona çatdırıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"SOCAR Türkiyə"nin "Star" neft emalı zavodu 2018-ci ilin 19 oktyabrda fəaliyyətə başladı. Zavod "Strateji İnvestisiya Təşviqi" Sertifikatı ilə təltif olunub. Bu, Türkiyədə bir ilkdir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri "SOCAR Türkiyə"nin baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən illik mətbuat konfransında çıxışı zamanı deyib.
Elçin İbadov 2023 və 2024-cü illərdəki fəaliyyətlə bağlı statistikanı paylaşıb:
"Ötən ildən başlayaraq xam neftin emalı 13 milyon tona çatdırılıb. Digər tərəfdən 2024-cü ildə Türkiyənin emal olunmuş neft məhsulları tələbatının 18%-i "SOCAR Türkiyə" şirkətləri tərəfindən qarşılanıb. Bununla yanaşı, bildirmək istəyirəm ki, 2021-ci ildə "Star" neft emalı zavodu "Global Lighthouse Network" platformasına qoşulub.
2023-cü ildə İstanbul Sənaye Palatasının hazırladığı "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi" Hesabatında "Star" neft emalı zavodu ilk üçlüyə daxil edib".
Söhrab İsmayıl
Seçilən
60
50
oxu.az

10Mənbələr