AZ

Bakıda yeraltı piyada keçidinə məhəl qoymayan şəxsi maşın vurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yanvarın 6-da günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yolun hərəkət hissəsindən keçən piyadanı maşın vurub.
Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, hadisəyə səbəb piyadanın yeraltı keçidlə yox, yolun hərəkət hissəsi ilə keçməsi səbəb olub.
O bildirib ki, bəzi piyadalar onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş piyada zolaqlarından, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmirlər:
"Nəticədə məhz piyada keçidlərinin bir neçə metrliyində piyadavurma hadisələri qeydə alınır. Növbəti belə bir qəza ötən gün günorta saatlarında Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib. Yaxınlıqda yeraltı və nizamlanan piyada keçidləri olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub. Piyadaların həyatlarına biganə qalaraq keçidlərdən istifadə etməməsi bəzən ölüm, yaxşı halda isə xəsarətlə nəticələnir.
Onu da qeyd edək ki, ötən gün baş verən hadisə səbəbindən Heydər Əliyev prospekti istiqamətində bir neçə dəqiqə sıxlıq yaranmışdı. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq, bir daha piyadalara səslənirik ki, mütləq piyada keçidlərindən istifadə etsinlər. Hətta bu keçidlərdən keçərkən də yoldakı sürət həddini, hərəkətin intensivliyini nəzərə alıb, sürücülərin onlara yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlasınlar".
Aygün Mirakif
Seçilən
33
50
oxu.az

10Mənbələr