AZ

Bakıda piyada ölümü ilə nəticələnən avtoqəza olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda avtomobil təxminən 40-45 yaşlarında bir kişini vurub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu körpüsünün yaxınlığında baş verib.
Belə ki, 1980-ci il təvəllüdlü Nail Fuad oğlu Abdullayev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə Heydər Əliyev prospektində hava limanı istiqamətində hərəkətdə olarkən Sabunçu körpüsünün yaxınlığında ehtiyatsızlıqdan piyadanı vurub.
Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik müəyyən edilməyib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Seçilən
39
50
oxu.az

10Mənbələr