Bakı, TurkicWorld
2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,7 faiz artaraq, 16 milyard 149 milyon 331 min dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyə 1 milyon 446 min 369 dollar məbləğində polad ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 7,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024 son 12 ayı ərzində (dekabr 2023 – dekabr 2024) Türkiyə 16 milyard 149 milyon 331 min dollar məbləğində polad ixrac edib.