AZ

Türkiyənin sement ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,2 faiz azalaraq, 4 milyard 314 milyon 179 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə 341 milyon 289 min dollar məbləğində sement ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023 – dekabr 2024) Türkiyə 4 milyard 314 milyon 179 min dollar məbləğində sement ixrac edib.

Seçilən
18
5
turkic.world

10Mənbələr