AZ

Bu ölkə də BRİKS-in üzvü OLDU

İndoneziya BRİKS-in tamhüquqlu üzvü olub.

"Unikal" xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, qərar 2023-cü ildə Yohannesburqda keçirilən sammit zamanı qrupun bütün ölkələri tərəfindən təsdiqlənib .

Qeyd olunur ki, İndoneziyanın qrupa daxil edilməsi ilə bağlı qərar 2024-cü ildə ölkədə keçirilən prezident seçkiləri və yeni hökumətin formalaşmasından sonra qəbul edilib. Braziliya Xarici İşlər Nazirliyi ölkəni Cənub-Şərqi Asiyanın əhalisi və iqtisadi ölçüsü baxımından əsas ölkələrdən biri adlandırıb. Nazirlik bildirib ki, İndoneziyanın BRİKS-ə daxil olması Qlobal Cənub ilə əməkdaşlığa müsbət təsir edəcək.

İndoneziya ilə yanaşı, Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistan 2025-ci ildən BRİKS-in tərəfdaşları olublar.

Seçilən
60
50
unikal.az

10Mənbələr