İndoneziya BRİKS-ə tamhüquqlu üzv kimi qoşulub.
"Unikal" xəbər verir ki, bu barədə cari ildən assosiasiyaya sədrliyi üzərinə götürən Braziliya hökuməti məlumat yayıb.
BRİKS ölkələri İndoneziyanın 2023-cü ildə Yohannesburq sammitində ilkin olaraq genişlənmə çərçivəsində konsensus əsasında daxil olmasını təsdiqləyib.
Dünyanın əhalisinə görə dördüncü ölkəsinin müraciəti 2023-cü ildə təsdiqləndi, lakin Cakarta 2024-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərindən sonra prosesi başa çatdıracağını açıqlayıb.
Ağarza Elçinoğlu