"Operativ Media" xəbər verir ki, Qırğızıstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, tərəflər sərhədlərin dəqiqləşdirilməsi məsələsini həll etməlidir.
“Qırğız Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Adılbek Kasıməliyev bu il yanvarın 8-də Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov və Tacikistan Respublikasının Baş naziri Kohir Rəsulzoda ilə görüşəcək. Üçtərəfli görüş Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət sərhədlərinin qovşağında keçiriləcək”, - deyə məlumatda bildirilir.
Görüş zamanı Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri arasında dövlət sərhədləri məsələlərinə dair əvvəllər əldə edilmiş razılaşmalarla bağlı danışıqlar aparılacaq.