AZ

Qərb Rusiyaya görə bu ölkələrə təzyiq edir

ABŞ, Avropa Birliyi (AB) və Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə Liberiya, Marşal adaları və Panamaya təzyiq göstərir.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters”məlumat yayıb.Üç dövlətə göndərilən məktubda Rusiya neftinin qiymətinə qoyulan məhdudiyyətlərdən yayınma hallarının sayının artması ilə bağlı xəbərdarlıqlar yer alıb.Bundan başqa, sözügedən ölkələrdən dəniz nəqliyyatına nəzarətin gücləndirilməsi də tələb edilib.Qeyd edək ki, məsələ ilə bağlı 3 ölkənin səfirlikləri rəsmi məlumat yaymayıb.Xatırladaq ki, AB-nin Rusiyadan dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo 2022-ci il dekabrın 5-dən qüvvəyə minib.
Seçilən
663
35
buta.ws

10Mənbələr