AZ

Rusiyaya görə 28 klub cəzalandırılacaq

Avropanın bir sıra klubları və milli futbol assosiasiyaları Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasından sonra sözügedən ölkənin klubları ilə davamlı əməkdaşlığa görə ciddi problemlərlə üzləşə bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Avropa Birliyi və ABŞ Rusiyaya 100 min dollardan çox pul köçürməyi və ya oradan məhsul almağı qadağan edir.

28 klub maliyyə məhdudiyyətlərinə baxmayaraq, Rusiyadan futbolçu transfer edib. Lakin "Follow the Money"in araşdırmasına görə, bir çox klublar Rusiya Federasiyasına qarşı sanksiyaları pozaraq risk götürüb daha böyük məbləğdə əməliyyatlar həyata keçirib.

Mənbənin sözlərinə görə, qaydanı pozanlardan biri də 2022-ci ilin iyun ayının əvvəlində "Spartak"dan Quus Tielin transferini həyata keçirən PSV olub. Niderland təmsilçisi futbolçu üçün 3 milyon avronu Mosvka klubunun sahibi, ABŞ-ın sanksiya siyahısına daxil edilən "Lukoyl" şirkətinin hesabına ödəyib.

Eyni zamanda, Niderland Kral Futbol Assosiasiyasının hesabına Rusiyadan pul köçürülüb. Bu əməliyyata görə federasiya cəza ala bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
609
2
milli.az

10Mənbələr