AZ

Qərb bu ölkələrə Rusiyaya görə təzyiq edir

ABŞ, Avropa Birliyi (AB) və Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə Liberiya, Marşal adaları və Panamaya təzyiq göstərir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Röyters" xəbər yayıb.

Məlumata görə, üç dövlətə göndərilən məktubda Rusiya neftinin qiymətinə qoyulan məhdudiyyətlərdən yayınma hallarının sayının artması ilə bağlı xəbərdarlıqlar yer alıb.

Bundan başqa, sözügedən ölkələrdən dəniz nəqliyyatına nəzarətin gücləndirilməsi də tələb edilib.

Xatırladaq ki, AB-nin Rusiyadan dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo 2022-ci il dekabrın 5-dən qüvvəyə minib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
621
35
milli.az

10Mənbələr