AZ

Türk Dövlətləri Atletika Dərnəyi yaradıldı, tədbirə Şimali Kipr Türk Cümhuriyyəti də qatılıb

Image

İstanbulda Türk Dövlətləri Atletika Dərnəyinin yaradılması ilə bağlı ilk toplantı keçirilib.

Türkiyə Atletika Federasiyasından verilən açıqlamaya görə, iclasda Türkiyədən başqa Azərbaycan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) müşahidəçi qismində iştirak edib.

2024-cü ildə keçiriləcək ikinci toplantıya qatılacaq digər türk dövlətləri ilə birlikdə Türk Dövlətləri Atletizm Dərnəyinin yaradılması tamamlanacaq.

Türk Dövlətləri Atletika Dərnəyinin yaradılması ilə atletika ruhuna uyğun olaraq Türkiyə Dövlətləri Atletika Çempionatının təşkili, Türk dövlətlərində gənclərin sağlam və fiziki hazırlığının yaxşılaşdırılması, idman və mədəni fəaliyyətlərin təşviqi, ölkələr arasında əlaqələrin, eləcə də, qarşılıqlı anlaşmanın yaxşılaşdırılması, Türk dövlətləri arasında fikir mübadiləsi aparmaq, həmçinin, bölgədə idmanla əlaqədar təhsili təmin etmək, paylaşma səviyyəsini yüksəltməyi hədəflənir.

Baki-xeber.com





Seçilən
522
50
baki-xeber.com

10Mənbələr