AZ

Skandinaviyanın gizli tarixi: “İsveçlilər türk kökənlidir, Asiyadan gəliblər”

Dünya kinosunun və Marvel kainatının vazkeçilməz personajı olan Odin Skandinaviya tarixi və mifologiyasında mühüm yer tutur.

Teleqraf.com xəbər verir ki, Vikinq tanrısı Odinin “Türk Torpaqları” adlı yerdən gəldiyi iddia olunur.

İsveçli professor Sven Laqerbrinqin kitabında Odin və İsveç xalqının türk kökənli olması haqda qəti mühakimələr var.

Laqerbrinq türk və isveç dillərinin ortaq və mifoloji oxşarlıqlarına əsaslanaraq, isveçlilərin əcdadlarının türk olduğuna diqqət çəkir, İsveç nağıllarındakı tanrı Odinin “Türkland”dan (Türk Torpaqları) gəldiyini yazır.

Laqerbrinqə görə, Odin “Hervarar” nağılında Tirkiar (türklər) və Asiemaen (Asiyalılar) kimi təqdim edilən böyük bir kütlənin lideri idi. “Odin” adı “Ot-İn” (enən atəş) sözündən yaranıb.

İsveçli professorun məsələ ilə əlaqədar yazdıqlarından:

“Əcdadlarımız – Odin və yoldaşları türkdür. Bu mövzuda əlimizdə kifayət qədər dəlil var. Liderlərimiz dədə-babalarımızı asanlıqla türk, tatar kimi göstərirlər. Amma bilirəm ki, bəzi dürüst, hətta əsilzadə insanlar bundan qəzəblənirlər. Bu mənşəyi kifayət qədər şərəfli görmürlər. Tarixçinin əsas bələdçisi və məqsədi həqiqətdir: bu yolla şərəf qazanmaq daha yaxşıdır. Yalanla özünü və ardıcıllarını aldatmaq; bax, əsl qəribə şərəfsizlik budur. Kim deyə bilər ki, türklər digər xalqlardan daha şərəfsiz xalqdır? Əgər zəfərlər və fəthlər şərəfi təmin edən şərtlər kimi qəbul edilirsə, edilən budur - türklər və tatarlar qədər bu şərtləri yerinə yetirənlər azdır.

Şərəfli olub-olmadığını düşünmədən deyək, Odin və yanındakılar türk olub. Əgər bu cümləni olduğu kimi qəbul etsək və ya ən azı mümkün görsək, isveç dili ilə türkcə arasındakı oxşarlıqları görməyimiz qaçılmazdır.

Türklər də bir çox digər qohum xalqlar kimi köçəri idilər. Çox güman ki, buna görə də onları “şiter” (skiflər) adlandırıblar, ibranicə “sərgərdan köçəri” mənasını verən “şut” sözündən ilhamlanıblar. Odin əvvəlcə Almaniyada dayandı, oradan Danimarkaya getdi və İsveçdə dayandı. Bu, Sturlessonun öz hesabıdır və alman, danimarka və isveç dillərinin mahiyyətcə eyni dil olmasının tam səbəbini təqdim edir. İngilislərin əcdadları anqlo-saksların mənşəyi də eyni şəkildə Odinə gedib çıxır. Onların dili də asiyalıların və türklərin dillərinin bir qoludur”.

Bir çox Skandinaviya nağıllarında Tanrıların Atası Odinin türk mifologiyasının ən önəmli fiqurları olan iki qurdla dolaşdığı da bildirilir.

İlk Skandinaviya-İsveç lüğətini nəşr etdirən Olof Verelius 1672-ci ildə yazdığı əsərində (“Hervarar Saga På Gammal Götska Med Olai Vereli Vttolkning Och Notis”) bu sözlərə yer verib: “Asiyalılar və türklər Şərqdən gəlib Şimalda məskunlaşdılar. Onların liderinin adı Odin idi”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
601
50
teleqraf.com

10Mənbələr