AZ

Günəşdən “gizlənən” planetlər

Prinston Universitetinin astrofizik­ləri hesablayıblar ki, Plutonun arxa­sında kütləsi Marsdan böyük olan 1 planet, Mars ölçüsündə 3 planet və Merkuri ilə müqayisə edilə bilən kütləyə malik, təxminən, 5 planet ola bilər. Araşdırmanın nəticələri “The Astrophysical Journal Letters”də dərc olunub.
Xəbərdə qeyd olunur ki, xarici Günəş sistemi Günəşdən o qədər uzaqdır ki, te­leskoplara orada nəyin olduğunu görmək asan deyil. Bəzi tədqiqatçılar əvvəllər başqa ulduz sistemlərinə aid olan pla­netlərin orada gizlənə biləcəyini təxmin edirlər.
Belə obyektlərə “qovulmuş” obyektlər deyilir. Onlar ulduzlarından “qoparaq” qa­laktikanın ətrafında dreyf etməyə məcbur olurlar, lakin bəzən digər sistemlərin ya­nından çox yaxın keçərək və ulduza cəlb olunaraq başqa sistemlərə qoşula bilirlər. Bu fenomenin nə qədər geniş yayıldığı hələ aydın deyil.
Tədqiqatçılar “Süd yolu”nda “qovul­muş” planetlərin sayını və onları cəlb edə biləcək ulduzların faizini hesablayıblar. Məlum olub ki, Merkuri ilə Yer arasında, sadəcə, soyuq və qaranlıqda dreyf edən bir planetin olması ehtimalı kifayət qədər yüksəkdir.
XQ

Seçilən
385
1
xalqqazeti.az

10Mənbələr