Qeyd edək ki, portuqaliyalı superulduz bu mərasimdə Yaxın Şərqdə ilin ən yaxşı oyunçusu və eyni zamanda ilin ən yaxşı bombardiri mükafatlarını qazanıb. İlin ən yaxşı futbolçusu isə Erlinq Holann seçilib. 2023-də keçirdiyi 59 rəsmi oyunda 54 qol vuraraq ilin ən məhsuldar oyunçusu olan Kriştiano bunları deyib:
''Əl-Nəsr''də xoşbəxtəm. Bura gəlməklə çox düzgün qərar verdim. Səudiyyə Ərəbistanı futbolu hələ də inkişaf mərhələsindədi. Amma gec-tez ən üst səviyyəyə qalxacaqlar. Burdakı liqa dünyanın ən güclü 3 çempionatından biri olacaq. Müqayisə etsək, Səudiyyə Ərəbistanı çempionatının Fransa çempionatından geri qalmadığını görərik. Burdakı turnir daha rəqabətçildi. Hətta indidən Liqa-1-dən daha güclüyük. İldən-ilə mənə şübhə edənləri yanıltmağı sevirəm. Ötən ilin ən məhsuldar oyunçusu oldum. Mbappe və Holann kimi gənc aslanları qabaqlamağı bacardım. Bu yaxınlarda 39 yaşımın tamam olacağını nəzərə alsaq, indiki durumumla qürur duyuram. Bu səviyyəmi hələ nə qədər qoruyacağımı və bundan sonra nə qədər oynayacağımı bilmirəm. Bu günlə yaşamağa üstünlük verirəm. Hələ ki, özümü yaxşı hiss edirəm və qollarımla komandama yardım edirəm. Əlbəttə ki, mənim də vidalaşmaq zamanım çatacaq. Bu, 10 ildən sonra baş verəcək''.
Ronaldo sonuncu cümləsi ilə hamını çaşdırsa da, gülümsəyərək zarafat etdiyini dedi.
ƏLİ