Nigeriya, İsrail ilə Fələstin arasındakı gərginliyə görə tərəfləri mötədilliyə çağırıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Nigeriya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada İsrail ilə Fələstin arasındakı gərginlikdən dərin narahatlıq keçirdiyi bildirilib.
Açıqlamada bu halın əhali üçün təhlükə olduğu bildirilib: \"Mövcud eskalasiyanın törətdiyi zorakılıq və qisas münaqişənin ən ağır yükünü daşıyan mülki əhali üçün bitməyən təhlükədir” qeyd edilib.
Bəyanatda həmçinin tərəfləri təmkinli olmağa çağırılıb, mülki şəxslərin təhlükəsizliyinə və humanitar mülahizələrə üstünlük verilməsi istənilib.
Günel