Moskva gözləyir ki, Qərb dövlətləri Fələstin-İsrail münaqişəsi zonasında hərbi əməliyyatları dayandırmağa çağıracaqlar. Qərbin hazırkı mövqeyi suallar doğurur.
BiG.AZ "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbu əl-Qeytlə danışıqlardan sonra deyib.
"Biz İsrailə qarşı hücumu pisləyən qərbli həmkarlarımızın müvafiq bəyanatlarını eşitmişik və onların da hərbi əməliyyatları dayandırmağa çağıracaqlarını gözləyirik, lakin onların mövqeyi ciddi suallar doğurur", - deyə nazir bildirib.
Lavrovun sözlərinə görə, Qərb ölkələrinin İsrailə qeyd-şərtsiz dəstək prinsipinə əsaslanan mövqeyi Fələstin-İsrail qarşıdurmasının həllinə kömək etmir: "Belə fasilələr dəfələrlə olub və vəziyyət sakitləşdikdən sonra heç vaxt Yaxın Şərqdə sabitliyi pozan əsas səbəbi aradan qaldırmaq üçün lazımi səylər göstərilməyib".
Sergey Lavrov Fələstin probleminin iki dövlət prinsipi əsasında həllini nəzərdə tutur: "1. BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq, 2. Oslo və Madriddəki razılaşmalarına əsasında Ərəb Sülh Təşəbbüsünə uyğun olaraq" - deyə nazir bldirib.
Lavrov onu da vurğulayıb ki, Moskva həm Fələstinin, həm də İsrailin təhlükəsizliyinin təmin edilməsində maraqlı olduğunu dəfələrlə təsdiqləyib.
BiG.Az