AZ

Azərbaycanda daha 3 uşaq himayədar ailələrə verildi

Azərbaycanda daha 3 uşaq himayədar ailələrə verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

“Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib.

Beləliklə, himayədar ailələrə verilən uşaqların sayı artıq 8-ə çatıb. Onlardan 1-i oğlan, 7-si qızdır. Həmçinin 4 nəfəri 6 yaşadək olan, 3 nəfəri 7-13 yaş arası, 1 nəfəri 14-18 yaş arası uşaqlardır.

Himayədar ailələrə verilən 8 uşaqdan 2-si hazırda Bakı şəhərində, 6-sı rayonlardakı (Lənkəranda 2, Cəlilabadda 1, Ağcabədidə 1, Biləsuvarda 1, Zaqatalada 1 ailə) ailələrdə yaşayırlar.

Seçilən
135
38
demokrat.az

10Mənbələr