Hansı cinayətlərə görə ömürlük həbs cəzası verilir? - AÇIQLAMA
Ömürlük azadlıqdan məhrumetmə ictimaiyyət tərəfindən cinayəti törədən şəxsin ömrünün sonunadək həbsxanadan çıxa bilməməsi kimi qəbul edilir. Lakin ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs müəyyən şərtlərə cavab verərsə, daha qısa müddətdə həbsdən azad oluna bilər. Bəs Azərbaycanda hansı cinayətlərə ömürlük həbs cəzası verilir.
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev Sonxeber.az-a açıqlamasında deyib ki, bir sıra cinayətlər var ki, onlara ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulub:
"Buna təcavüzkar müharibəni aparmaq, soyqırımı, əhalini məhvetmə, 108-ci maddə ilə cinsi zorakılıq halları üçün müvafiq cəza nəzərdə tutulub. Eyni zamanda məcburi hamiləlik, insanları zorakılıq ilə yoxsa çıxarmaq, irqi ayrı-seçkilik kimi hallar 20 ildən artıq azadlıqdan məhrumetmə cəzası məhkum edilir. Müharibə qanunlarının və adətlərini pozmaqla şəxsləri qəsdən öldürmə, silahlı münaqişə zamanı hərəkətsizlik etmək yaxud cinayətkara əmr vermə, qəsdən adam öldürmənin ağırlaşdırıcı hallarının ikinci hissəsi olduqda sözügedən cəza tətbiq edilir. Eyni zamanda terrorçuluq, dəniz quldurluğu və dövlətə xəyanət bu kateqoriyaya daxildir. Bundan başqa Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və qanunvericiliklə nəzərdə tutulmamış digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə əməlləri ağır nəticələrlə səbəb olur. Bununla da ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Dövlət və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və saxlama, dövlətin konstitusiyasını zorla dəyişməsinə yönəlik hərəkətlər azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir. Eyni zamanda silahlı qiyam bu siyahıya aid edilir".