ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanla bağlı son açıqlaması haqlı olaraq etirazlar doğurub. Qeyd edək ki, söhbət “Politiko” nəşrində dərc olunmuş məqalədə Blinkenin “yaxın həftələrdə Azərbaycanın Ermənistanın cənubuna hücumunu mümkün hesab etməsi” və digər iddialardan gedir.DİA.AZ Musavat.com-a istinadla bildirir ki, Dövlət Departamentinin sözçüsü məsələ ilə bağlı açıqlama yayıb. ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən saytımıza göndərilən açıqlamada deyilir: “Birləşmiş Ştatlar Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vurğulamışıq ki, bu suverenliyin və ərazi bütövlüyünün istənilən şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq. Bu məqalədəki məlumat qeyri-dəqiqdir və katib Blinkenin qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta