“Kapitulyantlar öz komplekslərindən çıxa bilmirlər”.
Yenicag.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini, Ermənistan Respublika Partiyasından olan deputat Artak Zakaryan öz Facebook səhifəsində yazıb. O, Ermənistanın hazırkı durumunda hakimiyyəti günahlandırıb.
O bildirib ki, 2023-cü ildə Ermənistanın təhlükəsizlik və müdafiə qabiliyyəti 2018-ci illə müqayisədə görünməmiş dərəcədə pisləşib.
“2018-ci ildə erməni xalqına məxsus ərazilər 2023-cü ilə qədər 40,4% azalıb.
2023-cü ildə Ermənistanın təhlükəsizlik və müdafiə qabiliyyəti 2018-ci illə müqayisədə görünməmiş dərəcədə pisləşib.
Lakin təslim olanlar 2018-ci illə müqayisədə hələ də komplekslərinin öhdəsindən gələ bilmirlər.
Nə olursa-olsun, özünüzü 2018-ci illə müqayisə etməməyə çalışın, özünüzlə gətirdiyiniz faciəni nümayiş etdirməyin. Nəhayət, utanın!”, – Zakaryan yazıb.
Xuraman Etibarlı