AZ

Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir - İran XİN

İran hesab edir ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir.Trend-in məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasser Kənani Ermənistan-ABŞ-Aİ üçtərəfli görüşü ilə bağlı sualı cavablandırarkən deyib.N.Kənani Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıb:"İqtisadi əməkdaşlığın gücləndirilməsi və əlaqələrin genişləndirilməsi Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında, iqtisadi inkişafda səmərəli rol oynayır, və bu baxımdan mübahisələrin sülh yolu ilə həlli üçün regional strukturların, o cümlədən "3+3" məşvərət mexanizminin potensialından istifadə etmək lazımdır".

Seçilən
454
50
sherg.az

10Mənbələr