AZ

İran Cənubi Qafqazın işlərinə qarışmamalı olan ölkələri göstərdi: Özü də İrəvanda

Regiondankənar qüvvələr dedikdə, okeanın o tayında yerləşən, demoqrafik problemlərlə üzləşməyəcək ölkələr nəzərdə tutulur.

Ulusal.az xəbər verir ki, bu barədə aprelin 16-da keçirdiyi mətbuat konfransında İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani bildirib.

“Onlar xaricdən bura gəlirlər və bu regionun xalqları üçün qərarlar qəbul etməyə çalışırlar”, – o qeyd edib.

Mehdi Sobhani aydınlaşdırıb ki, söhbət bəzi Avropa ölkələrindən və ABŞ-dan gedir.

O izah edib ki, Ermənistan, Gürcüstan, Azərbaycan, İran, Rusiya və Türkiyə regional ölkələr hesab olunur.

“Rusiyanın Qafqazla sərhədi var, o, qeyri-regional ölkə hesab edilmir”, – diplomat əlavə edib.

Yada salaq ki, İran dəfələrlə qeyri-regional ölkələrin Cənubi Qafqaz ölkələrinin işlərinə qarışmasının əleyhinə çıxış edib.

Seçilən
470
50
moderator.az

10Mənbələr