AZ

Rusiya XIN: Aİ-nin Ermənistandakı müşahidə missiyası Cənubi Qafqazda sabitliyin pozulmasına şərait yaradır

Bu yaxınlarda Kanada təmsilçisinin də daxil edilməsi hesabına genişləndirilən Aİ-nin Ermənistandakı müşahidə missiyası Cənubi Qafqaza heç bir fayda gətirmir, əksinə, Rusiyanın cənub sərhədlərində kollektiv Qərbin maraqlarına uyğun olaraq regional sabitliyin pozulmasına şərait yaradır.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O deyib: “Avropa İttifaqının mövcudluğunun insidentlərin qarşısının alınması baxımından tam səmərəsiz olduğunu qeyd edərək, biz hər gün daha çox əmin oluruq ki, Avropa İttifaqının Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına müsbət töhfəsi yoxdur. Əksinə, Aİ nümayəndələri müxtəlif növ təxribatlarla, kəşfiyyat fəaliyyəti ilə, təbliğatla məşğuldurlar”.

Diplomatın sözlərinə görə, bu, qanunauyğun olaraq, region ölkələri tərəfindən qəbul olunmur, onların ortaq rəyi ondan ibarətdir ki, ortaya çıxan hər hansı məsələ Cənubi Qafqaz daxilində, kənardan destruktiv müdaxilə olmadan burada yerləşən bütün ölkələrin maraqları naminə həll edilməlidir.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib: “Anlaşılan odur ki, Ottavanın Aİ missiyasına qoşulması məsələsi artıq praktiki müstəviyə keçib, bu yaxınlarda Ermənistana Kanadadan qondarma ekspert gəlib. Belə bir həll yolunun hansı əlavə dəyərə malik olduğu və Ermənistanda ona nə dərəcədə tələbat duyulduğu aydın deyil”.

Mariya Zaxarovanın fikrincə, çox güman ki, söhbət NATO qüvvələrinin bölgəyə sürüklənməsindən gedir. O vurğulayıb ki, Cənubi Qafqazda NATO-nun təmsil etdiyi xarici aktorların səylərinin nəticəsi istər-istəməz regionda etimadın azalması və silahlı qarşıdurmanın genişlənməsi olacaq.

Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib: “Aİ və NATO tərəfindən qarşıya Ermənistan-Azərbaycan nizamlanmasına real köməklik göstərilməsi məqsədi qoyulmayıb. Qərb Cənubi Qafqazı silahlandırmağa davam edir, onu geosiyasi rəqabətin növbəti arenasına çevirir, mahiyyət etibarilə, yaxın vaxtlarda regionun dinc inkişafı vəzifələrinin yerinə yetirilməsinə son qoyur”.

Seçilən
529
50
xezerxeber.az

10Mənbələr