Regiondankənar qüvvələr dedikdə, okeanın o tayında yerləşən, nəsə baş verərsə, demoqrafik və digər problemlərlə üzləşməyəcək ölkələr nəzərdə tutulur.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani bildirib.
“Onlar xaricdən bura gəlir və bu regionun xalqları üçün qərarlar qəbul etməyə çalışırlar”, - deyə diplomat qeyd edib.
Mehdi Sobhani aydınlaşdırıb ki, söhbət həm də bəzi Avropa ölkələrindəngedir.
O izah edib ki, Ermənistan, Gürcüstan, Azərbaycan, İran, Rusiya və Türkiyə regional ölkələr hesab olunur.
“Rusiyanın Qafqazla sərhədi var, o, qeyri-regional ölkə hesab edilmir”, - deyə səfir əlavə edib.
Yada salaq ki, İran dəfələrlə qeyri-regional ölkələrin Cənubi Qafqaz ölkələrinin işlərinə qarışmasının əleyhinə çıxış edib.
Telegram kanalımız