Meqan Marklın ilk əri, prodüser Trevor Engelson hersoginya ilə münasibətləri və boşanmaları haqqında memeuar yazacaq.
Publika.az xəbər verir ki, "Mirror"un yazdığına görə, nəşriyyatlar dəfələrlə keçmiş aktrisanın sabiq həyat yoldaşına sensasiyaya çevrilə biləcək və ona bir neçə milyon dollar gətirə biləcək kitab yazmağı təklif ediblər. 2014-cü ildə Meqandan boşanan və bir neçə il əvvəl yenidən evlənən 46 yaşlı Trevor bu təklifi qiymətləndirməyə qərar verib. Məlum olub ki, gözlənilməz ayrılıqlarına nəyin səbəb olduğunu tezliklə açıqlayacaq. 2011-ci ildə baş tutan toylarından əvvəl Engelson və Markl altı il birlikdə yaşayıb və uşaq sahibi olmağı planlaşdırıblar.
Mənbələrin fikrincə, memuarda Meqanın “Fors-Major” serialında iştirak etmək üçün Kanadaya köçdükdən sonra əri ilə münasibətini kəsmək qərarına gəldiyi zaman baş verən hadisələr təsvir olunacaq. Bundan sonra aktrisa nişan üzüklərini Trevora poçtla göndərib və boşanma ərizəsində "barışmaz fikir ayrılıqlarından" bəhs edib.
"Markl çəkilişlərdə tamamilə fərqli bir insana çevrildiyi üçün həmin dövrlər Engelson üçün çətin olub. Keçmiş ər özünü "istifadə edilmiş" hiss etdi", - mənbə bildirib.