AZ

Polisin bu addımını çəkib paylaşdılar - FOTO

Polis əməkdaşının əngəlli vətəndaşa yardımı gözdən qaçmayıb. 

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, təqdirəlayiq hadisə bugün (23 oktyabr) günorta saatlarında qeydə alınıb.

Fotoşəkildən göründüyü kimi, polis müraciət məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qəbul otağına yaxınlaşmaq istəyən fiziki qüsurlu qadına kömək edib. Belə ki, polis, xanımın yuxarı istiqamətdə qalxarkən çətinlik yaşadığını görərək əlil arabasını idarə etməyə başlayıb. 

O, vətəndaşa qəbul otağına çatana qədər yardımını əsirgəməyib. Əngəlli xanım isə göstərdiyi köməyə görə polisə təşəkkürünü bildirib.



Seçilən
946
5
news24.az

10Mənbələr