AZ

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Naxçıvanda

Naxçıvan, 15 may, AZƏRTAC

2024-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 2161 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 2049-u fiziki, 112-si hüquqi şəxslər və digər təşkilatlar olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 11,5 faiz artıb.

Cari ilin birinci 4 ayında kommersiya qurumlarının 72 faizi elektron qaydada, 28 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Seçilən
265
7
azertag.az

10Mənbələr