Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı 17,8 % artıb.
İndex.az xəbər verir ki, Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, bu ilin 1 iyun tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 18 258 olub.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 18,2 % artıb və 506 təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7,2 % artaraq 5 709-a çatıb.
Həmçinin, yanvar-may aylarında Naxçıvanda 2 926 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 2 790-ı fiziki şəxslər, 136-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1 % artıb.
Bu ilin birinci 5 ayında kommersiya qurumlarının 72,3 %-i elektron qaydada, 27,7 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.