AZ

Vergi ödəyicilərinin sayı 19,1 faiz çoxalıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, bu ilin ilk 5 ayında 2926 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 2790-ı fiziki şəxslər, 136-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1 faiz artıb.

Hesabat dövründə kommersiya qurumlarının 72,3 faizi elektron qaydada, 27,7 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

XQ

Seçilən
129
4
xalqqazeti.az

10Mənbələr