AZ

Ünvanlı sosial yardımla bağlı yenilikər açıqlanıb

Bundan sonra ünvanlı sosial yardım üçün müraciət zamanı ailəni təmsil edən şəxslərdən ailə üzvlərinə dair bir sıra məlumatların qeyd edilməsi tələb olunmayacaq. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib.

Yardım üçün müraciət edərkən "Ərizə-bəyannamə"də qeyd edilməsi tələb olunmayan məlumatların sırasını qeyd edib. Bu sıraya əmək haqqı, pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərcləri, telefon nömrələri və xərcləri, sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması, əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi, özünüməşğulluq proqramı üzrə müqaviləsinin olması, 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması barədə məlumatlar daxildir. 
 

O, ailənin maddi-məişət şəraiti yoxlanarkən bir sıra məlumatların "Ərizə- bəyannamə" də düzgün qeyd olunmadığı müəyyən edildikdə, həmin məlumatlara düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanının yaradıldığını da vurğulayıb.

Bildirilib ki, yeni "Ünvanlı yardım" e-sisteminə giriş yalnız "Digital (ASAN) Login" üzərindən mümkün olacaq.
 
Aytac

www.anews.az
Seçilən
161
11
anews.az

10Mənbələr