Özəl
19:00 05.06.2024
681
Şagirdin özünü göstərmək üçün müəllimi ilə çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşması ilə qalmaqal üzə çıxıb. Qəzəb doğuran görüntülər üzə çıxandan sonra məktəb rəhbərliyi müəllimin onlarda işləməsini inkar etməyə çalışıb.
Demedia.az xəbər verir ki, qalmaqalın ortaya çıxması Çində ciddi müzakirələrə səbəb olub.
Buna səbəb evli müəllimin 16 yaşlı şagirdi ilə münasibəti olub. Tələbənin sosial şəbəkədə özünü göstərmək üçün paylaşdığı görüntülər internetdə hiddətə səbəb olub. Məktəb rəhbərliyi müəllimin onlara işləmədiyini iddia etsə də, şagirdlər bu müdafiəni təkzib ediblər.
Yerli medianın məlumatına görə, internetdə yayılan videoda orta məktəb forması geyinmiş gənc oğlan və müəllim olduğu zənn edilən qadın əks olunub. Gənc “ad gününüzdür” deyir və qadının özündən böyük olması ilə bağlı zarafat edir. Daha sonra ikisi kamera qarşısında dəfələrlə öpüşür.
Video internetdə yayılandan sonra etirazlara səbəb olub. Sosial şəbəkə istifadəçiləri yeniyetmənin geyindiyi məktəbli formasını tez təsdiqləyiblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Aysun / Demedia.az