İndoneziyada beş metrlik ilan 45 yaşlı qadını udub.
Modern.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Qadın bitki toplamaq üçün meşəyə girən zaman yoxa çıxıb. Onu axtarmağa gedən yerli sakinlər pitonun qarnından tapıblar.
45 yaşlı Fəridə iyunun 6-da meşədən evə qayıtmayıb. Mərhumun yaşadığı kəndin rəhbəri itkin düşən qadının ərinin onun əşyalarını meşədə tapdığını və bunun ona şübhəli göründüyünü bildirib.
Kənd sakinləri ərazini axtaran zaman qarnı böyümüş beş metrlik pitonla qarşılaşıblar. Məlumata görə, piton qadını dişlədikdən sonra onu boğub. Mərhumun dörd övladı qalıb.
Piton dünyanın ən böyük ilanıdır, uzunluğu 7 m-ə çata bilər.