AZ

60 yaşlı qadın oğluna görə polisi dişlədi

Ukraynanın Xerson vilayətində qadın 23 yaşlı oğlunun sənədlərini yoxlamağa mane olaraq polisi dişləyib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, polis aidiyyatı dövlət qurumlarının nümayəndələri ilə birlikdə inzibati xəta törətmiş şəxslərin sənədləşdirilməsi istiqamətində tədbirlər keçirib. Xerson vilayətinin polisinin məlumatına görə, kişilərdən biri şəxsiyyətini təsdiq edən sənədi təqdim etməkdən imtina edib və özünü aqressiv aparmağa başlayıb. Bu zaman o, qaçıb və 60 yaşlı anası polisin əlini dişləyib. Hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib.

Qeyd edək ki, kişi yaşına görə səfərbərliyə tabe deyil, lakin anası polisə hücuma görə bundan sonra cinayət məsuliyyətini daşıyacaq.

Polisə hücum faktı üzrə cinayət işi başlanıb.

Seçilən
154
50
azreform.info

10Mənbələr