AZ

Cəlilabadda qəza: Xəsarət alanların vəziyyəti necədir?

Cəlilabad rayonunda baş verən qəzada yaralananların vəziyyəti açıqlanıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, xəsarət alan 9 nəfər (8 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara müxtəlif bədən nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 2 nəfərin ölümüı qeydə alınıb.

Xatırladaq ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.


Telegram kanalımız
Seçilən
85
23
yenisabah.az

10Mənbələr