AZ

Azərbaycanda istirahət mərkəzinə gedən avtobus qəzaya düşdü, ölənlər və xeyli yaralı var

Cəlilabadda dəhşətli yol qəzası baş verib.

“Yeni Gundem” Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda yaralı var.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
115
19
yenigundem.az

10Mənbələr