AZ

Cəlilabadda avtobus aşıb:Ölənlər və yaralılar var -

TƏBİB-dən bildirilib ki, bu gün saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 9 nəfər (8 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

***

İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb. Araşdırma aparılır.

AzVision.az

Seçilən
121
5
azvision.az

10Mənbələr