İordaniya kraliçasının CNN-ə müsahibəsi qalmaqal yaradıb.Olaylar.az dailymail-ə istinadla xəbər verir ki, İordaniya kraliçası, kral II Abdullahın xanımı Raniyə əl-Abdullah CNN-ə müsahibəsində ABŞ və Qərbi siyasətinə görə kəskin tənqid edib.İsrail-Fələstin münaqişəsi ilə bağlı müsahibə verən kraliça bu ölkələri münaqişəni alovlandırmaqda ittiham edib. O, bildirib ki, ABŞ və Qərb bu məsələdə ikili standart nümayiş etdirir."İsrail rejimi hər gün yüzlərlə fələstinlini ölümünə səbəb olur", - kraliça müsahibəsində söyləyib. Onun dediyinə görə ABŞ və Qərb İsraili dəstəkləyir, onun etdiklərinə göz yumur.Kraliça CNN-nin müxbiri Christiane Amanpour ilə söhbətində bildirib ki, fələstində uşaqların adlarının qollarına yazılması onun ürəyini parçalayır.Qeyd edək ki, Raniyə əl-Abdullah Küveytdə doğulub, onun valideynləri fələstin əsillidir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta