AZ

Qalmaqal bitmir: Atasının ad günündə iştirak etməyəcək

Həyat yoldaşı Meqan Marklla ABŞ-da məskunlaşan şahzadə Harri və atası Kral III Çarlz arasında soyuq münasibət davam edir.

Publika.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, şahzadə Harrinin 14 noyabrda 75 yaşı olacaq atası Kral Çarlzın Londondakı "Klarens Haus"da keçiriləcək ad günü şənliyinə qatılmayacağı bildirilib.

Şahzadənin şənliyə dəvət aldığı, lakin iştirakdan imtina etdiyi iddia edilib. Şahzadə Harrinin yanvar ayında nəşr etdiyi "Ehtiyat" avtobioqrafiyasında Kraliça Kamilla haqqında yazdığı mənfi ifadələr səbəbindən ata-oğul münasibətlərinin gərginləşdiyi iddia edilir.

Seçilən
391
1
publika.az

10Mənbələr